HƏMAS-ın strateji tuneli sıradan çıxarılıb | VİDEO

   HƏMAS-ın strateji tuneli sıradan çıxarılıb |    VİDEO
  15 İyul 2025    Oxunub:665
İsrail hərbçiləri Qəzza zolağının cənubundakı Xan-Yunis şəhəri ərazisindəki Fələstinin iranyönümlü HƏMAS terror təşkilatına məxsus, 3,5 kilometr uzunluğa malik daha bir strateji tuneli dağıdıb.
Bu barədə İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, sözügedən tunel şəhərdə əməliyyat aparılarkən aşkarlanıb. Tunelin daha bir çox digər yeraltı keçidlə birləşdiyi, içərisində isə terrorçuların məskunlaşmaları üçün otaqların yerləşdiyi diqqətə çatdırılıb.

İsrail hərbçiləri əməliyyat əsnasında həmçinin HƏMAS-a aid silah-sursat anbarını da sıradan çıxarıb.
Qətər XİN: "Danışıqlar hələ də ilk mərhələdədir"

Qəzza zolağında tərəflər arasında səngiməyən hərbi əməliyyatlarla yanaşı vasitəçilərin iştirakı ilə atəşkəs danışıqları da aparılmaqdadır. Qətərin Xarici İşlər Nazirliyinin sözçüsü Məcid Əl-Ənsarinin sözlərinə görə, vasitəçi ölkələr (ABŞ, Qətər və Misir) İsrail və HƏMAS-ı razılaşdırmaq naminə cidd-cəhdlə səy göstərirlər.

"Hərçənd danışıqların birinci mərhələsinin məqsədləri yerinə yetirilməyib. Növbəti mərhələyə keçməkdən ötrü prinsipial razılıq zəruridir", - Əl-Ənsari vurğulayıb.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İsrail   HƏMAS   münaqişə   tunel  



Xəbər lenti